“Karate Combat”: Rafael Ağayevdən 5-ci qələbə!

Azərbaycanlı karateçi Rafael Ağayev peşəkarların mübarizə apardığı “Karate Combat” turnirində növbəti döyüşünü keçirib.

Arena.az xəbər verir ki, Azərbaycanın 5 qat dünya və 11 qat Avropa çempionu bu dəfə ABŞ-dan olan Coş Kuayhagenlə qarşılaşıb.

Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısının bu rəqiblə döyüşü Florida ştatının Mayami şəhərində baş tutub. Döyüş Ağayevin qələbəsi ilə başa çatıb.

Xatırladaq ki, Rafael Ağayev “Karate Combat” turnirində 2018-ci ildə debüt edib. Azərbaycanlı karateçi indiyə qədər bu turnirdə keçirdiyi 5 görüşün hamısından qalib ayrılıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: