Karate üzrə Azərbaycan yığmasının üzvləri Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək dünya çempionatında iştirak edəcəklər.
Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Karate Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, yığmamız mundiala 18 idmançı ilə yollanacaq. Kumite yarışlarında Əminağa Quliyev (60 kq), Tural Ağalarzadə (67 kq), Fərid Ağayev (75 kq), Turqut Həsənov (84 kq), Asiman Qurbanlı (+84 kq), Fidan Teymurova (50 kq), Mədinə Sadıqova (55 kq), Renata Ərəbli (61kq) və İrina Zaretska (68 kq) qüvvələrini sınayacaqlar.
Kişilərin komanda yarışlarına Firdovsi Fərzəliyev, Rafiz Həsənov (hər ikisi 67 kq) və Murad Hacızadə (+84 kq) qatılacaqlar. Qadınlarda isə fərdi yarışlarda çıxış edəcək karateçilər döyüşəcəklər.
Katada Roman Heydərov bacarığını nümayiş etdirəcək.
Parakaratedə məşqçilər heyəti Nihat Məmmədzadə, Eldar Əhmədov, Emiliya Mitlinova, Xalıqov Vidadi və Ariana Mitlinovaya güvənəcəklər.


