Karate yığmamızın 10 üzvü üçün Konya sınağı

Bu gün Türkiyənin Konya şəhərində karate üzrə mövsümün 2-ci “Karate1 Series A” turnirinə start verilib. Arena.az xəbər verir ki, martın 12-nə qədər davam edəcək turnirdə Azərbaycan karateçiləri də mübarizə aparacaqlar.

Nüfuzlu yarışda Azərbaycanı 10 idmançı təmsil edəcək. Qadınların yarışında Xumar Əlibəyova (50 kq) ilə Suada Kərimova (55 kq) medal qazanmağa çalışacaqlar. Kişilər arasında isə Mircəlal Ələsgərov, Ramil Baxşəliyev (60 kq), Hüseyn Məmmədli (67 kq), Samir İbrahimov, Məcid Əmirov, Tural Ələkbərli, Tale Yaqubov və Nicat Kərimli (75 kq) qüvvəsini sınayacaq.

Yığmamızın üzvlərini Azərbaycan Milli Karate Federasiyasının Sumqayıt şəhəri üzrə nümayəndəsi Akif Kərimov müşayiət edəcək.

Konyadakı turnirdə ümumilikdə 76 ölkədən mindən artıq karateçi iştirak edir. Karate1 silsiləsindən A Seriyası turnirlərində dünya reytinqinin 32-ci pilləsindən aşağı yer tutan idmançılar mübarizə aparırlar.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: