Karlo Ançelotti: “Biz klubla ahəngdar vəhdətdəyik”

“Real”ın baş məşqçisi Karlo Ançelotti Madrid klubunun rəhbərliyi ilə fikir ayrılığında olması ilə bağlı şayiələri təkzib edib.

Arena.az məlumat verir ki, təcrübəli italyan mütəxəssis bu barədə özünün xüsusi mətbuat toplantısında danışıb:

“Mən oyunçularımla və rəhbərliklə ünsiyyət etmişəm. Biz qalan qənimətlər uğrunda mübarizə aparmağı hədəfə alımışıq. Əlbəttə, əsas yarışdan kənarlaşdırılmağımız pərişan edir, amma futbolda həmişə qalib gəlməz olmaz. Mənim klubla bir fitnə-fəsadım yoxdur – biz ahəngdar vəhdətdəyik. Mənimlə klub prezidenti arasında fikir ayrılığı olduğunu car çəkən kəslər sadəcə olaraq gopa basırlar. Prezident, əksinə, bizim qalib gəldiyimiz vaxtlarla müqayisədə, indi bizə daha artıq dəstək göstərir. Amma bu dünyada hər şey sual altındadır”, deyə Ançelotti bura qədər “yaxşı gəldiyi” söhbəti, fəlsəfi yanaşma ilə şübəhələr altına almağa sövq etmiş cümlə ilə fikrini tamamlayıb.

Xatırladaq ki, “Real” Çempionlar Liqasının 1/4 finalında “Arsenal” tərəfindən ələndikdən (səfərdə 0:3; evdə 1:2) sonra, Karlo Ançelottinin “qaymaqlılar”ın sükanı arxasında sayılı günlərinin qaldığı haqda müxtəlif səpgili xəbələrlər dolaşır. Mətbuat Ançelottini nəinki “istefaya göndərib”, italyan mütəxəssəsin yerinə hətta “yeni baş məşqçilər” də təyin edib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: