Danimarka yığmasının baş məşqçisi Kasper Yulmann AÇ-2024-ün 1-ci turunda Sloveniya yığması ilə heç-heçəni (1:1) şərh edib.
Arena.az UEFA-nın mətbuat xidmətinə istinadən, danimarkalı mütəxəsssin bu barədə fikirlərini təqdim edir:
“Düşünürəm ki, birinci hissəni yaxşı keçirdik, amma 70 dəqiqədən sonra azacıq güc itirdik. Bizdə hərəkilik çatışmırdı və çox süstləşdik. Bir neçə yaxşı imkanımız oldu, yararlana bilmədiyimiz gözəl əks-hücum qurduq. Güc-qüvvə bütün oyun boyunca olmalıdır.
Bəzən 1:0 öndə ikən və ikinci qolu vurmayanda, səndə nəsə baş verir. Buna görə də ikinci qolu vurmaq çox vacibdir, siz isə futbolu bilirsiniz: ikinci qolu vurmayanda xoşagəlməzliklər baş verə bilər”, deyə Kasper Yulmann oyunun heç-heçə nəticəsinə dair fikrini əsaslandırıb.
1-ci turdan sonra Danimarka və Sloveniya yığmaları “C” qrupunda 1 xalla müvafiq olaraq 2-ci və 3-cü yerləri bölüşürlər. İngiltərə yığması 3 xalla qrupa başçılıq edir. Serbiya yığması isə xalsızdır və qrupda sonuncu, 4-cü yerdə qərərlaşıb.


