Türkiyənin “Kayserispor” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, Super Liqa təmsilçisi “Fənərbaxça”dan Mame Tiamı transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Seneqallı hücumçu ilə 3 illik müqavilə imzalanıb.
“Kayserispor” Tiam üçün İstanbul klubuna 1,5 milyon avro ödəyib.
Tiam 2020-ci ilin avqustundan “Fənərbaxça”da idi. O, bu komandanın heyətində meydana çıxdığı 33 matçda 8 qolla yadda qalıb.
Seneqal yığmasında bir oyun keçirmiş futbolçu, karyerası ərzində “Avellino”, “Sout Tirol”, “Lansiano”, “Sulte Varegem”, PAOK, “Empoli”, “İstiqlal”, “Ayman”, “Kasımpaşa” kimi klubların da formasını geyinib.


