16 yaşlı yeniyetmə Almaniyanın “Union Berlin” klubunun mərkəz hücumçusu Kevin Follandın bahalı saatını oğurlayıb.
Arena.az bu barədə “Bild” nəşrinə istinadən məlumat verir.
Xəbərdə bildirilir ki, hadisə Berlində komanda üzvləri üçün təşkil olunmuş axşam məclisindən sonra baş verib. Yeniyetmə, Kevin Follandın təxminən 180 min avro dəyərində olan saatını götürərək, aradan çıxmağa çalışıb. Follandın komanda yoldaşı Jerom Russiyon oğrunun arxasınca qaçaraq onu ələ keçirib və saatı geri qaytara bilib. Russiyon yeniyetmə xətakarı polisə təslim etmək qərarına gəlib və hüquq-müqhafizə orqanlı gələnədək yeniyetməni nəzarətində saxlayıb.


