Kevin Strotman futbolçu karyerasını başa vurdu

Niderlandlı mərkəz yarımmüdafiəçisi Kevin Strotman butslarını asılqandan asaraq, futbolçu karyerasına xitam verdiyini açıqlayıb.

Arena.az məlumat verir ki, Strotman bu barədə özünün sosial şəbəkə hesabları üzərindən ismarış dərc edib:

“Karyeram bitir. Təşəkkür edirəm, futbol!” – Strotman paylaşıb.

34 yaşlı Kevin Strotmanın son klubu “Cenoa” olub. O, 2023-cü ilin avqust ayında azad agent kimi müqavilə bağladığı Genuya təmsilçisindən bu ilin yayında azad agent kimi ayrılandan bəri işsiz idi.

Strotman 2020/2021 və 2022/2023-cü illər mövsümlərində də icarə əsasında “Cenoa”nın formasını geyinib. O, bu komandanın heyətində 78 oyun keçirib, 2 qol və 6 məhsuldar ötürmə müəllifi olub.

Kevin Strotman futbola “Reysord” klubunda qədəm qoyub. Buradan Rotterdam “Sparta”sına yol tapmış Strotman böyük futbolda debüt edib. Niderlandlı futbolçu karyerası ərzində “Utrext”, PSV, “Roma”, Marsel “Olimpik”i, “Cenoa” və “Kalyari”də çıxış edib.

Klub karyerası ərzində Strotman 487 oyun keçirib, 45 qol və 82 məhsuldar ötürmə ilə fərlənib.

Kevin Strotman 2011-ci ilin fevral ayında debüt etdiyi Niderland yığmasının heyətində 46 oyuna 3 qol və 4 məhsuldar ötürmə ilə fərqlənib.

Kevin Strotman böyük futbolda cəmi ikicə qənimət qazanıb: PSV ilə Niderland Kuboku (2011/2012) və Niderland Super Kuboku (2013).

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: