Koke “Atletiko” ilə müqaviləsini yeniləmək istəyir

İspaniyanın “Atletiko” klubunun yarımmüdafiəçisi Koke Madrid təmsilçisi ilə müqaviləsinin müddətini uzatmaq istəyir.

Arena.az bu barədə AS dərgisinə istinadən xəbər verir.

Daha əvvəl Koke karyerasını “Atletiko”da bitirmək istədiyini bildirmişdi. O, uşaqlıqdan Madrid “Atletiko”sunun azarkeşidir.

Koke keçirdiyi oyunların sayına görə komandanın lideri və kapitanıdır.

Vurğulanır ki, “Atletiko” da 31 yaşlı futbolçu ilə müqaviləni uzatmağa hazırlaşır. Kokenin hazırkı müqaviləsi 2024-cü ilin yayına qədər qüvvədədir.

Koke karyerası boyunca “Atletiko”da 587 oyun keçirib, 47 qol vurub və 111 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı Kokeni 16 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: