Konfrans Liqasında “Trabzonspor” üçün 6 rəqib

Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 2026/2027-ci illər mövsümünün Liqa mərhələsinin püşkatma mərasimi keçirilib.

Arena.az xəbər verir ki, turnirin püşkü bu gün Monakoda təşkil edilib.

Püşk öncəsi iştirakçı 36 komanda alı səbətə bölünmüşdülər. Hər komanda üçün hər səbətdən bir olmaqla altı rəqib seçilib.

Ümumi mərhələdə hər komanda altı oyun keçirəcək. Komandalar üç matçı evdə, üçünü isə səfərdə oynayacaq.

Püşkdə Türkiyənin “Trabzonspor” komandasının da rəqibləri bəlli olub. Trabzon təmsilçisi əsas mərhələdə “Frayburq” (Almaniya), “Srvena Zvezda” (Serbiya), KuPS (Finlandiya), “Harts” (Şotlandiya), ÇSKA (Sofiya, Bolqarıstan) və “Yablonets”ə (Çexiya) rəqib olub.

Qeyd edək ki, Konfrans Liqasında əsas mərhələnin oyunlarına oktyabrın 15-də start veriləcək.

Püşkatmanın ümumi nəticələri ilə aşağıda tanış ola bilərsiniz.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: