Konte “Komo”ya gözlənilməz məğlubiyyətə aydınlıq gətirdi

“Napoli”nin baş məşqçisi Antonio Konte İtaliya A Seriyasının 26-cı turunda “Komo”ya qarşı keçirdikləri səfər oyununu şərh edib.

Arena.az xəbər verir ki, italyan mütəxəssis komandasının bu oyundakı gözlənilməz məğlubiyyətinə (1:2) belə ayıdınlıq gətirib:

“Biz hamımız birlikdə udur və uduzuruq. Mən, əsasən hər şeyə cavabdeh olan kimsəyəm. Gəmişə demişəm ki, bağı həddindən artıq tarım çəkməyə dəyməz, əks halda mühərrik sınıb-dağılacaq. Komanda güc-qüvvəsini bütünlüklə ortaya qoyur, artığını isə edə bilməz. Biz nəsə qeyri-adisini icra edirik” deyə Konte uğursuzluğunu əsaslandırıb.

“Komo”ya məğlubiyyət “Napoli”nin İtaliya A Seriyasında liderliyi “İnter”ə təslim etməsi ilə nəticələnib. “Eşşəkciklər” 26 oyundan 56 xalla yarış cədvəlinin 2-ci pilləsində qərarlaşıblar. “Neradzurri” isə 57 xalla A Seriyasına başçılıq edir. “Komo” 28 xalla 13-cü pillədə yer alıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: