Konte: “Skudetto – nəsə qeyri-adi və gözəl bir məqamdır”

“Napoli”nin baş məşqçisi Antonio Konte “eşşəkciklər”in 2024/2025-ci illər mövsümünün İtaliya A Seriyasını qazanmalarını şərh edib.

Arena.az jurnalist Nikolo Skiraya istinadən, 55 yaşlı italyan mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:

“Skudetto – bu, nəsə qeyri-adi və fantastik bir məqamdır. Biz bu insanları yarı yolda qoymaq istəmirdik. Çempionatdakı qalibiyyət – bütün bu uşaqların xidmətidir. Bu çempionluq ən çətini və ilhamlandırıcısı idi. “Napoli”ni 10-cu yerdən sonra bu məqama gətirmək çətin bir tapşırıq idi”, deyə Konte vurğulayıb.

“Napoli” 38 turdan sonra 82 xalla İtaliya A Seriyasını yarış cədvəlinni zirvəsində tamamlayıb. “Eşşəkciklər” 81 xal toplamış “İnter”i 1 xal qabaqlayıblar.

Əlavə edək ki, Neapol təmsilçisi tarixində 4-cü dəfə İtaliya çempionu olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: