Konte: “Venesiya” meydanı sulamamışdı”

“Napoli”nin baş məşqçisi Antonio Konte İtaliya A Seriyasının 29-cu turunun autsayder “Venesiya” ilə səfər oyununu (0:0) şərh edib.

Arena.az DAZN şəbəkəsinə istinadən, italyan mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Futbol nöqteyi-nəzərindən onların bizə çoxlu fəsad yaşatdığını düşünmürəm. Təşəbbüs yalnız bir komandanın əlində idi – “Napoli”də, o “Venesiya”ya qarşı ki, həmişə formadadır və rəqiblərinə həmişə çətinliklər yaradır.

Mən meydanın niyə sulanmadığını bilmirəm. Top ot üzərində yuvarlanmırdı. Mən “Venesiya”nın baş məşqçisindən (55 yaşlı italyan mütəxəssis Eusebio Di Françesko – redaktorun qeydi) bunda nəsə bir niyyət olduğunu soruşdum, o isə yox cavabını verdi. Oyunları qazanmaq üçün isə qollar vurmaq gərəkdir”, deyə Konte narazılıqla vurğulayıb.

Autsayderlə oyunda xal itkisi “eşşəkciklər”ə baha başa gəlib. “Napoli” bu oyuna qədər liderliyinə şərik olduğu “İnter”i önə buraxıb. İndi, 29 oyundan 64 xal toplamış “neradzurri” İtaliya A Seriyasının yarış cədvəlinə başçılıq edir. “Napoli” 61 xalla 2-ci pillədədir. “Venesiya” isə 20 xalla sonuncudan əvvəlki – 19-cu pillədə qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: