“Kopenhagen” 16-cı dəfə çempion oldu, rekorda imza atdı

Paytaxt təmsilçisi “Kopenhagen” Danimarka Super Liqasında 2024/2025-ci illər mövsümünün çempionu adını qazanıb.

Arena.az məlumat verir ki, “şirlər” 16-cı dəfə Danimarka çempionu olmaqla mütləq rekorda imza atıblar.

Sözügedən komanda yarış cədvəlini 32 oyundan 63 xalla zirvədə başa vurub və növbəti mövsümün UEFA Çempionlar Liqasının təsnifat mərhələsinə vəsiqə qazanıb. “Şirlər” ölkə çempionluqlarının sayı üzrə sələflərindən biri olmuş KB klubunun 15 çempionluqdan ibarət rekordunu üstələyiblər.

Xatırladaq ki, “Kopenhagen” 1992-ci ildə təsis edilib. Klub 1876-cı ildə təsis edilmiş KB və 1903-cü ildə təsis edilmiş “B-1903” klublarının birləşməsi ilə yaradılıb və o vaxtdan Danimarkanın ən nəhəng klubu adına iddialıdır.

“Midtyulland” 62 xalla gümüş mükafatçı, “Bröndbü” isə 51 xalla bürünc mükafatçı olub. “Ranners” 48 xalla fəxri 4-cü pillədə yer alıb.

“Lüngbü” (27 xal) və “Olborq” (24 xal) aşağı dəstəyə yuvarlanıblar.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: