İngiltərənin “Liverpul” və “Mançester Siti” klublarının sabiq futbolçusu Kreyq Bellami Uels yığmasının baş məşqçisi təyin olunub.
Arena.az bu barədə Uels Futbol Assosiasiyasının rəsmi saytına istinadən xəbər verir.
44 yaşlı Bellami bu vəzifədə bir müddət əvvəl istefaya göndərilmiş Robert Peyci əvəzləyib. Onunla 4 illik (2028-ci ilin 30 iyununa qədər) müqavilə imzalanıb.
Xatırladaq ki, Kreyq Bellami futbolçu kimi “Norviç Siti”, “Koventri Siti”, “Nyukasl Yunayted”, “Seltik”, “Liverpul”, “Bləkbörn”, “Vest Hem”, “Mançester Siti”, “Kardiff Siti” kimi klublarda forma geyinib. O, Uels yığmasında 78 oyunda 19 qol vurub, 5 məhsuldar ötürmə verib.
Uelsli mütəxəssis sonuncu dəfə İngiltərinin “Börnli” klubunda köməkçi məşqçi olub.


