“Kristal Pelas” Avropa Liqasından kənarlaşdırıldı

İngiltərənin “Kristal Pelas” komandası Avropa Liqasının 2025/2026-cı illər mövsümündə iştirakdan kənarlaşdırılıb.

Arena.az xatırladır ki, daha əvvəl yarışdan kənarlaşdırılmış Lion “Olimpik”inin yarışa qaytarılması Premyer Liqa təmsilçisini tarixi imkandan məhrum edib.

Belə ki, klubların hər ikisi eyni sahibkara məxsus olduğunda, UEFA-nın nizamnaməsinə əsasən, bu halda yalnız bir klub – milli çempionatda daha yüksək nəticə göstərmiş klub avrokuboklarda iştirak edə bilər.

Qeyd edək ki, İngiltərə və Fransa klubları amerikan iş adamı Con Tekstora məxsusdurlar.

Xatırladaq ki, “Kristal Pelas” İngiltərə Premyer Liqasının 2024/2025-ci illər mövsümünü 12-ci pillədə, Lion “Olimpik”i isə Fransa Liqa 1-in sonuncu mövsümünü 6-cı pillədə başa vurub. Komanda Avropa Liqasına İngiltərə Kubokunun qalibi olaraq qatılıb, Lion “Olimpik”i isə yarışda iştirak hüququnu Fransa çempionatı üzərindən əldə edib.

Daha əvvəl Lion təmsilçisi maliyyə hesabatlarındakı qanunsuzluqlara görə Avropa Liqasından kənarlaşdırılsa da, apellyasiya şikayəti əsasında iddiasına təmin edrək, yarışa qaytarılmışdı. Beləcə, “Kristal Pelas” UEFA-nın nizamnaməsinə görə yarışdan işitak hüququnu itirib. Bu komandanı Avroliqada İngiltərənin digər klubu “Nottingem Forest”in əvəz etməsi gözlənilir.

“Nottingem Forest” ötən mövsümü İngiltərə Premyer Liqasında 7-ci sırada bitirərək Konfrans Liqasına vəsiqə əldə etmişdi.

Hazırda “Kristal Pelas” tarixi imkanını bərpa etmək üçün apellyasiya şikayəti verməyə hazırlaşır. Klub rəhbərliyi hüquqşünasların hüquqi yardımı ilə yarışda iştirak hüququnu bərpa etməyə ümidlidir.

“Qartallar”ın rəhbərliyi klubun ədalətsizliyə uğradığı qənaətindədir və ümid edir ki, “yuxarı”dan kimsə bu vəziyyətə dair çıxış edib, məsələni çözməlidir”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: