Rumıniyalı futbol mütəxəssisi Kristian Kivu İtaliyanın “İnter” (Milan) komandasının yeni baş məşqçisi təyin olunub.
Arena.az bu barədə klubun rəsmi saytına istinadən xəbər verir.
Kivu ilə 2 illik (30 iyun 2027-ci ilədək) müqavilə imzalanıb.
Xatırladaq ki, Kristian Kivu 2025-ci ilin fevralında İtaliyanın “Parma” komandasına baş məşqçi təyin olunub. Onun rəhbərliyi altında komanda 16-cı yeri tutaraq növbəti mövsüm üçün İtaliya çempionatının yüksək divizionunda qalmağı bacarıb. Rumıniyalı buna qədər “İnter”in müxtəlif yaş qruplarından ibarət komandalarında çalışıb.
Kivu futbolçu kimi sə 2007-2014-cü illərdə “İnter”də çıxış edib. O, bu komanda ilə birlikdə 3 dəfə İtaliya çempionu olub, 2 dəfə ölkə kubokunu və super kubokunu qazanıb, bir dəfə UEFA Çempionlar Liqasının və klublararası dünya çempionatının qalibi olub.
Qeyd edək ki, Kivu “İnter”in baş məşqçi postunda bu yay komandanı tərk etmiş Simone İnzaqini əvəz edib. İtaliyalı mütəxəssis 2021-ci ilin yayından rəhbərlik etdiyi Milan təmsilçisini Səudiyyə Ərəbistanının “Əl-Hilal” komandasına dəyişib.



