Kristiano Ronaldo və xanımı dalğalara qərq oldular – Foto

Portuqaliya yığmasının hücumçusu Kristiano Ronaldo hazırda öz yay tətilini xanımı Georgina ilə birlikdə suların qoynunda – yaxtada keçirir.

Arena.az xəbər verir ki, ötən həftə Kristiano və Georgina su xizəyi sürüblər, sonra isə suda günəş vannası qəbul ediblər.

Cümə günü Georgina dənizdə çimərkən çəkdiyi videonu paylaşıb. Vacib görkəmdə sahil qumsalları üzərində gəzişən xanımı, qəfildən sahilə çırpılan dalğa yuyub aparıb. Ani hadisəni gülüşlə qarşılayan Georgina üzərək sahilə çıxıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: