Kristof Atanqana və Fares Abu Akel yenə oynamayacaqlar

“Qəbələ” klubu zədəli futbolçuları – Kristof Atanqana, Asif Məmmədov və Fares Abu Akelin durumunu açıqlayıb.

Arena.az xəbər verir ki, əyalət klubu bu barədə rəsmi saytı vasitəsilə məlumat yayıb.

Xəbərdə bildirilir ki, “Qəbələ” Azərbaycan Premyer Liqasının 10-cu turu çərçivəsində sabah keçiriləcək “Araz-Naxçıvan”la ev oyununa hazırlığı yekunlaşdırıb.

Bu oyunun hazırlığında “qırmızı-qaralar”ın 3 futbolçusu iştirak etməyib. Asif Məmmədov, Feras Abu Akal və Kristof Atanqana bərpa prosesini davam etdirirlər. Onlar Naxçıvan təmsilçisi ilə görüşdə forma geyinməyəcəklər.

Xatırladaq ki, sabah Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” – “Araz-Naxçıvan” matçına saat 16:30-da start veriləcək.

“Qəbələ” hazırda Azərbaycan Premyer Liqasının turnir cədvəlində 7 xalla 9-cu pillədə qərarlaşıb. “Araz-Naxçıvan” isə 14 xalla 5-cidir.

Xəbəri sosial şəbəkələrdə paylaş: