“Kür-Araz” – “Araz-Naxçıvan” 1:6 – Video

Azərbaycan Kubokunun 2-ci mərhələsinin “Kür-Araz” – “Araz-Naxçıvan” matçı meydan sahiblərinin 1:6 hesablı məğlubiyyəti ilə başa çatdı.

Arena.az Mərdəkanda baş tutan bu matçın yekun protokolunu və icmalını təqdim edir.

Azərbaycan Kuboku
2-ci təsnifat mərhələsi
29 noyabr

“Kür-Araz” – “Araz-Naxçıvan” 1:6
Qollar: Ramazan Abbasov, 53 – Məhəmməd Kadiri, 21. Nicat Süleymanov, 47; 87; 90+2. Orxan Əliyev, 65; 88.
Sarı vərəqələr: Elnur Məmmədov, 51 (hakimin qərarına etiraz). Eltun Hüseynov, 55 (hakimin qərarına etiraz). Elxan Məmmədov, 56 (qeyri-idman hərəkəti). Ramazan Abbasov, 58 (qeyri-idman hərəkəti). Qeyrət Əliyev, 84 (qeyri-idman hərəkəti) – Tuqay Əlizadə, 49 (hakimin qərarına etiraz). Mirəli Əhmədov, 54 (hakimin qərarına etiraz).
Artırılan vaxt: Birinci hissədə 2 dəqiqə, ikinci hissədə 3 dəqiqə.
Saat 15:00. “Dalğa Arena”. 25 tamaşaçı.

Baş hakim: Rauf Cabarov.
Baş hakimin köməkçiləri: Namiq Hüseynov, Vüqar Bayramov.
Dördüncü hakim: Emin Əliyev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.

Kür-Araz: 1. Əzəmət Müseyibov, 11. Ramazan Abbasov, 14. Elnur Məmmədov (k), 8. Cavidan Musazadə (44. Ramal Aslanlı, 80), 22. Mirabbas Mirbabayev, 6. Ağasən Əsgərov, 7. Eltun Hüseynov, 9. Elxan Məmmədov (18. Ceyhun Quliyev, 66), 15. Babək Yaqublu, 5. İlkin Hüseynli (4. Fərid Oruczadə, 69), 21. Rüfət Rəhimzadə (55. Qeyrət Əliyev, 66).
Ehtiyat oyunçular: 99. Novruz Qəhrəmanov, 12. Şöhrət Qasımlı, 2. Məhərrəm Heydərov, 25. İxtiyar Quliyev.
Baş məşqçi: Ələmdar Mustafayev.

Araz-Naxçıvan: 91. Semir Bukviç (1. Vüsal Şabanov, 72), 39. Tural Bayramlı (8. İsmail Azzaui, 63), 22. Elçin Mustafayev, 5. Nihad Qurbanlı, 55. Zamiq Əliyev, 88. Tuqay Əlizadə, 11. Bayraməli Qurbanov, 13. Mirəli Əhmədov, 9. Elvis Maşike (10. Orxan Əliyev, 46), 42. Məhəmməd Kadiri (k) (6. Vadim Abdullayev, 46), 14. Miço Kuzmanoviç (7. Nicat Süleymanov, 46).
Ehtiyat oyunçular: 12. Kristian Avram, 3. Turan Manafov, 19. Aksel Nqando, 29. Vanderson Melo, 23. Nuno Rodriqes, 4. İqor Ribeyro, 27. Numan Kurdiç.
Baş məşqçi: Azər Bağırov.