La Liqa: Autsayder “Real Sosyedad”i xalsız yola saldı

Futbol üzrə İspaniya çempionatında (La Liqa) 35-ci tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.

Sonuncu pillədə qərarlaşan “Levante” doğma meydanda “Real Sosyedad”la qarşılaşıb. Meydan sahibləri bu oyundan vacib qələbə ilə ayrılıblar.

“Barselona” bu turda “Betis”in qonağı olacaq. Turun mərkəzi görüşü Madriddə keçiriləcək. Çempionluğu rəsmiləşdirən “Real” “Atletiko” ilə üz-üzə gələcək.

İspaniya La Liqası
35-c tur

6 may

Levante – Real Sosyedad 2:1
Qol: Miramon, 53. Melero, 90 – D.Silva, 66.

7 may

16:00 Mayorka – Qranada
18:15 Atletik – Valensiya
20:30 Kadis – Elçe
20:30 Selta – Alaves
23:00 Betis – Barselona

8 may

16:00 Xetafe – Rayo Valyekano
18:15 Vilyarreal – Sevilya
20:30 Espanyol – Osasuna
23:00 Atletiko – Real

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: