“Bayern”in və İngiltərə millisinin hücumçusu Harri Keyn karyerasını başa vurduqdan sonra futbolda hansı iz qoymaq istədiyindən danışıb.
Arena.az xəbər verir ki, 33 yaşlı futbolçu bunları qeyd edib:
“Məni həmişə komandanı ön planda tutan futbolçu kimi xatırlamalarını istəyirəm. Komanda yoldaşlarına hörmət edən insan kimi. Sən heç vaxt öz komandan, klubun və ya ölkəndən böyük deyilsən”, – deyə Keyn bildirib.
Xatırladaq ki, Harri Keyn 2023-cü ildən “Bayern”də çıxış edir. O, ötən mövsüm bütün turnirlərdə 51 oyuna çıxıb, 61 qol vurub və 3 məhsuldar ötürmə verib. 2025/2026-cı illər mövsümündə isə ingilis hücumçu Münhen təmsilçisi ilə Almaniya çempionu olub, Almaniya Kubokunu və Almaniya Super Kubokunu qazanıb.
Keyn bu mövsüm Münhen klubunun heyətində bütün turnirlərdə 7 oyuna çıxıb, 6 qol vurub və 1 məhsuldar ötürmə edib. Onun Münhen klubu ilə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.


