La Liqa: “Barselona” 3 qola üzüldüyü matçdan qalib ayrıldı

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2023/2024 mövsümünün 3-cü turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, üçüncü oyun günündə daha üç qarşılaşma baş tutub.

“Valensiya” doğma meydanda “Osasuna”ya məğlub olub. Yeddi qolun qeydə alındığı “Vilyarreal” – “Barselona” matçı son çempionun çətin qələbəsiylə yekunlaşıb. Altı qolluq “Atletik” – “Betis” görüşündə isə meydan sahibləri inamlı qələbəyə seviniblər.

Tura sabah keçiriləcələk iki oyunla yekun vurulacaq.

İspaniya, La Liqa
3-cü tur
25 avqust

Las Palmas – Real Sosyedad 0:0

Selta – Real 0:1
Qol: Bellingem, 81.

26 avqust

Kadis – Almeriya 1:1
Qollar: L.Hernandes, 59 – Kayki, 90+5.

Qranada – Malyorka 3:2
Qollar: Rubio, 12. Saraqosa, 46. Uzuni, 70-pen – Kopete, 38. Kosta, 87.

Sevilya – Jirona 1:2
Qollar: Qudel, 45+2 – Y.Herrera, 16. A.Qarsiya, 56.

27 avqust

Vilyarreal – Barselona 3:4
Qollar: Foyt, 26. Sörlot, 40. Baena, 50 – Qavi, 12. De Yonq, 15. F.Torres, 68. Levandovski, 71.

Valensiya – Osasuna 1:2
Qollar: Duro, 80 – Oros, 24-pen. Vidal, 90+5.

Atletik – Betis 4:2
Qollar: Vesqa, 30-pen; 45-pen. Quruseta, 45+7 – Villian Xose, 2. İsko, 10.

28 avqust

21:30. Xetafe – Alaves
23:30. Rayo Valyekano – Atletiko

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: