Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2026/2027-ci illər mövsümünün 7-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə dörd qarşılaşma baş tutub.
“Osasuna” – “Rayo Valyekano” matçında komandalar hərəyə 1 qol və 1 xalla kifayətləniblər. “Atletik” – “Alaves” matçı isə qolsuz başa çatıb.
“Selta” doğma meydanda “Rasinq”ə 5 cavabsız qolla qalib gəlib. Dörd qolun qeydə alındığı “Sevilya” – “Barselona” görüşündə də son çempion inamlı qələbəyə sevinib.
7-ci turun qalan görüşləri sentyabrın 20-də keçiriləcək.
İspaniya, La Liqa
7-ci tur
18 sentyabr
Espanyol – Elçe 1:2
19 sentyabr
Osasuna – Rayo Valyekano 1:1
Atletik – Alaves 0:0
Selta – Rasinq 5:0
Sevilya – Barselona 1:3
20 sentyabr
16:00. Xetafe – Malaqa
18:15. Atletik – Real
20:30. Deportivo – Betis
20:30. Vilyarreal – Levante
23:00. Valensiya – Real Sosyedad


