La Liqa: “Barselona” “Atletik”i darmadağınla yola saldı

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2025/2026-cı illər mövsümünün 13-cü turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə dörd qarşılaşma baş tutub.

Üç qolun qeydə alındığı “Vilyarreal” – “Malyorka” matçında meydan sahibləri qələbə qazanıblar. “Alaves” evdə “Selta”ya, “Osasuna” isə “Real Sosyedad”a uduzub. Son çempion “Barselona” isə uzun müddətdən sonra qayıtdığı doğma “Kamp Nou”da “Atletik”i 4 cavabsız qolla məğlub edib.

13-cü turun qalan görüşləri noyabrın 23-də və 24-də keçiriləcək.

İspaniya, La Liqa
13-cü tur

21 noyabr

Valensiya – Levante 1:0
Qol: Duro, 79.

22 noyabr

Alaves – Selta 0:1
Qol: Aspas, 55-pen.

Barselona – Atletik 4:0
Qollar: Levandovski, 4. F.Torres, 45+3; 90. F.Lopes, 48.

Osasuna – Real Sosyedad 1:3
Qollar: Katena, 42 – Mendes, 53. Qedes, 59. Barreneçea, 82.

Vilyarreal – Malyorka 2:1
Qollar: Moreno, 6. Oluvaseyi, 83 – Samu Kosta, 8.

23 noyabr

17:00. Real Ovyedo – Rayo Valyekano
19:15. Betis – Jirona
21:30. Xetafe – Atletiko
00:00. Elçe – Real

24 noyabr

00:00. Espanyol – Sevilya

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: