La Liqa: “Barselona” yenə doğma meydanda uduzdu

Futbol üzrə İspaniya çempionatında (La Liqa) 21-ci turdan təxirə salınmış bir oyun keçirilib. Arena.az xəbər verir ki, günün yeganə matçında “Barselona” doğma meydanda “Rayo Valyekano” ilə qarşılaşıb.

Kataloniya təmsilçisi bu oyunda minimal hesabla məğlub olub. Maraqlıdırı ki, “Barselona” bu rəqiblə səfər oyununda da oxşar hesabla uduzmuşdu.

Bu nəticədən sonra “Rayo Valyekano” 40 xalla 11-ci, “Barselona” isə 63 xalla ikinci pillədə qərarlaşıb.

İspaniya La Liqası
21-ci tur
24 aprel

Barselona – Rayo Valyekano 0:1
Qol: A.Qarsiya, 7.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: