Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2024/2025-ci illər mövsümünün 27-ci turunun oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.
Turun qapanış matçında “Espanyol” doğma meydanda “Jirona” ilə üz-üzə gəlib. Tərəflər bu oyunda hərəyə 1 qol və 1 xalla kifayətləniblər.
Beləliklə, 27 turdan sonra 57 xala malik “Barselona” hələ də liderdir. Amma Kataloniya klubunun bu turda qarşılaşmalı olduğu “Osasuna” ilə oyun təxirə salınıb. Eyni xala malik “Real” ikinci, Madridin digər təmsilçisi “Atletiko” 56 xalla üçüncü, Bilbao “Atletik”i 49 xalla dördüncü, “Vilyarreal” 44 xalla beşinci, “Betis” 41 xalla altıncı pillədə qərarlaşıb. “Malyorka”nın 37, “Rayo Valyekano”, “Selta” və “Sevilya”nın 36, “Real Sosyedad”ın 34 xalı var.
İspaniya, La Liqa
27-ci tur
8 mart
Selta – Leqanes 2:1
Qollar: Minqesa, 26. A.Qonsales, 45+1 – Rozye, 19.
Alaves – Vilyarreal 1:0
Qol: M.Sançes, 11.
Valensiya – Valyadolid 2:1
Qollar: D.Lopes, 7. U.Sadiq, 58 – Latasa, 40.
Barselona – Osasuna matçı təxirə salınıb
9 mart
Xetafe – Atletiko 2:1
Qollar: Arambarri, 88; 90+2 – Sörlot, 75-pen.
Real – Rayo Valyekano 2:1
Qollar: Mbappe, 30. Vinisius, 34 – P.Dias, 45+2.
Atletik – Malyorka 1:1
Qollar: N.Uilyams, 58 – Railyo, 56.
Betis – Las Palmas 1:0
Qol: Lyorente, 65.
Real Sosyedad – Sevilya 0:1
Qol: Eyuke, 47.
10 mart
Espanyol – Jirona 1:1
Qollar: Xofre, 49 – Stuani, 88.


