La Liqa: “Real Sosyedad” və “Selta”dan qolsuz “sülh”

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2026/2027-ci illər mövsümünün 6-cı turunun bir oyunu keçirilib.

Arena.az xəbər verir ki, əslində bu turun oyunları sentyabrın ortalarında keçiriləcək.

Amma “Real Sosyedad” və “Selta”nın qarşılıqlı razılığı ilə bu qarşılaşma erkənə çəkilib. Bu gün baş tutmuş görüşdə qalib müəyyənləşməyib. Tərəflər qol vurmadan hərəyə 1 xal qazanıblar.

Qeyd edək ki, 6-cı turun qalan görüşləri sentyabrın 15-də, 16-da və 17-də keçiriləcək.

İspaniya, La Liqa
6-cı tur

3 sentyabr

Real Sosyedad – Selta 0:0

15 sentyabr

21:00. Rayo Valyekano – Espanyol
22:00. Alaves – Valensiya
23:30. Elçe – Real

16 sentyabr

21:00. Atletiko – Osasuna
21:00. Deportivo – Sevilya
23:30. Barselona – Rasinq
23:30. Levante – Atletik

17 sentyabr

21:00. Betis – Xetafe
23:30. Malaqa – Vilyarreal

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: