La Liqa: “Real” xal itirdi, “Atletiko” darmadağına sevindi

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2023/2024 mövsümünün 10-cu turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə dörd qarşılaşma baş tutub.

“Xetafe” – “Betis” matçında tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər. “Sevilya”nın qonağı olan “Real” da turu 1 xalla başa vurub.

“Real Sosyedad” “Malyorka” ilə ev oyununda minimal hesabla qalib gəlib. “Selta”nın qonağı olan “Atletiko” isə 3 cavabsız qola sevinib.

10-cu turun qalan görüşləri qarşıdakı günlərdə baş tutacaq.

İspaniya, La Liqa
10-cu tur
20 oktyabr

Osasuna – Qranada 2:0
Qollar: Budimir, 11; 59.

21 oktyabr

Real Sosyedad – Malyorka 1:0
Qol: B.Mendes, 64.

Xetafe – Betis 1:1
Qollar: Mayoral, 17 – Roka, 1.

Sevilya – Real 1:1
Qollar: Alaba, 74-öz qapısına – Karvaxal, 78.

Selta – Atletiko 0:3
Qollar: Qrizmann, 29-pen; 64; 70.

22 oktyabr

16:00. Las Palmas – Rayo Valyekano
18:15. Jirona – Almeriya
20:30. Vilyarreal – Alaves
23:00. Barselona – Atletik

23 oktyabr

23:00. Valensiya – Kadis

Xəbəri sosial şəbəkələrdə paylaş: