Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2025/2026-cı illər mövsümünün 13-cü turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, üçüncü oyun günündə daha dörd qarşılaşma baş tutub.
“Real Ovyedo” – “Rayo Valyekano” matçında qapılara qol vurulmayıb. “Betis” – “Jirona” görüşündə də tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər. Səfərdə “Elçe” ilə qarşılaşmış Madrid “Real”ı da xal itirib. Dörd qolluq oyunda tərəflər hərəyə 1 xalla kifayətləniblər. “Xetafe”nin qonağı olan Madrid “Atletiko”su isə 3 xal qazanıb.
13-cü tura noyabrın 24-də yekun vurulacaq.
İspaniya, La Liqa
13-cü tur
21 noyabr
Valensiya – Levante 1:0
Qol: Duro, 79.
22 noyabr
Alaves – Selta 0:1
Qol: Aspas, 55-pen.
Barselona – Atletik 4:0
Qollar: Levandovski, 4. F.Torres, 45+3; 90. F.Lopes, 48.
Osasuna – Real Sosyedad 1:3
Qollar: Katena, 42 – Mendes, 53. Qedes, 59. Barreneçea, 82.
Vilyarreal – Malyorka 2:1
Qollar: Moreno, 6. Oluvaseyi, 83 – Samu Kosta, 8.
23 noyabr
Real Ovyedo – Rayo Valyekano 0:0
Betis – Jirona 1:1
Qollar: V.Qomes, 75 – Vanat, 20.
Xetafe – Atletiko 0:1
Qol: Duarte, 82-öz qapısına.
Elçe – Real 2:2
Qollar: Febas, 53. A.Rodriqes, 84 – Höysen, 78. Bellingem, 87.
24 noyabr
00:00. Espanyol – Sevilya


