La Liqa: “Real”a ilk məğlubiyyəti “Atletiko” yaşatdı – Video

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2023/2024 mövsümünün 6-cı turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə beş qarşılaşma baş tutub.

“Rayo Valyekano” – “Vilyarreal” və “Betis” – “Kadis” matçlarında komandalar hərəyə 1 qol və 1 xalla kifayətləniblər. “Las Palmas” “Qranada”nı tək qolla üstələyib. Yeddi qolun qeydə alındığı “Real Sosyedad” – “Xetafe” matçında meydan sahibləri qələbə qazanıblar.

Turun mərkəzi oyunu “Atletiko” ilə “Real” arasında baş tutub. Dörd qolun qeydə alındığı matç “kral klubu”nun məğlubiyyəti ilə başa çatıb. Bu, “Real”ın cari mövsümdək ilk yenilgisidir.

Beləliklə, 6 turdan sonra 16 xala malik “Barselona” və “Jirona” zirvəyə şərikdirlər. “Real” 15 xalla 3-cü, “Atletik” 13 xalla 4-cüdür. “Atletiko”, “Valensiya” və “Rayo Valyekano” 10, “Real Sosyedad” 9 xal toplayıb.

İspaniya, La Liqa
6-cı tur
22 sentyabr

Alaves – Atletik 0:2
Qollar: İ.Uilyams, 18. Sanset, 76.

23 sentyabr

Jirona – Malyorka 5:3
Qollar: D.Lopes, 26. Dovbik, 33-pen. Martin, 37. Y.Herrera,45. Savio, 57 – Muriqi, 4-pen. Prats, 88; 90+5.

Osasuna – Sevilya 0:0

Barselona – Selta 3:2
Qollar: Levandovski, 81; 85. Kanselo, 89 – Larsen, 19. Duvikas, 76.

Almeriya – Valensiya 2:2
Qollar: Arribas, 59; 69 – D.Lopes, 14. Gerra, 63.

24 sentyabr

Real Sosyedad – Xetafe 4:3
Qollar: Kubo, 2. Oyarzabal, 61-pen; 88. B.Mendes, 66 – Alena, 39. Mayoral, 45+5-pen. Latasa, 90+2.

Rayo Valyekano – Vilyarreal 1:1
Qollar: K.Peres, 16 – Sörlot, 15.

Betis – Kadis 1:1
Qollar: Rodriqes, 60 – Ramos, 41.

Las Palmas – Qranada 1:0
Qol: Kirian, 90+2.

Atletiko – Real 3:1
Qollar: Morata, 4; 46. Qrizman, 18 – Kroos, 35.

Xəbəri sosial şəbəkələrdə paylaş: