La Liqa: “Real”dan “Real Sosyedad” üzərində əzmkar qələbə

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2023/2024 mövsümünün 5-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, üçüncü oyun günündə daha dörd qarşılaşma baş tutub.

Beş qolun qeydə alındığı “Xetafe” – “Osasuna” matçında meydan sahibləri qələbə qazanıblar.

“Vilyarreal” doğma meydanda “Almeriya”ya, “Sevilya” isə “Las Palmas”a qalib gəlib.

Lider “Real” da doğma meydanda “Real Sosyedad”la üz-üzə gəlib. Madrid təmsilçisi bu oyunda erkən qola üzülsə də, yekunda əzmkar qələbəyə sevinib.

5-ci tura sabah keçiriləcək “Qranada” – “Jirona” oyunu ilə yekun vurulacaq.

İspaniya, La Liqa
5-ci tur
15 sentyabr

Rayo Valyekano – Alaves 2:0
Qollar: Palason, 43-pen. De Frutos, 82.

16 sentyabr

Atletik – Kadis 3:0
Qollar: Quruseta, 66. Vilyalibre, 68. İ.Uilyams, 90.

Valensiya – Atletiko 3:0
Qollar: Duro, 5; 34. Querra, 54.

Selta – Malyorka 0:1
Qol: Muriqi, 85.

Barselona – Betis 5:0
Qollar: J.Feliks, 25. Levandovski, 32. F.Torres, 62. Rafinya, 66. Kanselo, 81.

17 sentyabr

Xetafe – Osasuna 3:2
Qollar: Mitroviç, 36. Karmona, 51. Maksimoviç, 86 – Munoz, 45. Budimir, 57-pen.

Vilyarreal – Almeriya 2:1
Qollar: Moreno, 45+5. Sörlot, 90+4 – Akieme, 44.

Sevilya – Las Palmas 1:0
Qol: Lukebakio, 71.

Real – Real Sosyedad 2:1
Qollar: Valverde, 46. Xoselu, 60 – Barrenetçea, 5.

18 sentyabr

23:00. Qranada – Jirona

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: