La Liqa: “Real”dan “Sevilya” üzərində əzmkar qələbə

Futbol üzrə İspaniya çempionatında (La Liqa) 32-ci tura start verilib. Arena.az xəbər verir ki, bu gün daha dörd qarşılaşma baş tutub.

Səfərdə “Qranada” ilə qarşılaşan “Levante” darmadağına sevinib. “Atletik” də evdə “Selta”ya məğlub olub.

“Atletiko” doğma meydanda “Espanyol”la qarşılaşıb. Madrid təmsilçisi bu oyundan qələbə ilə ayrılıb.

Turun mərkəzi oyununda lider “Real” səfərdə “Sevilya” ilə qarşılaşıb. Meydan sahibləri matçın ilk hissəsində 2 qol vursa da, Madrid təmsilçisi fasilədən sonra buraxılan qolların əvəzini artıqlaması ilə çıxıb və səfərdə əzmkar qələbəyə sevinib.

Xavinin baş məşqçi postuna gəlişindən sonra uğurlu qrafik cızan “Barselona” isə bu turda “Kadis”i qonaq edəcək.

İspaniya La Liqası
32-ci tur

15 aprel

Real Sosyedad – Betis 0:0

16 aprel

Elçe – Mayorka 3:0
Qol: Moxika, 42. Biqas, 58. Kanq, 81-öz qapısına.

Alaves – Rayo Valyekano 1:0
Qol: Xoselu, 64.

Valensiya – Osasuna 1:2
Qol: Soler, 83 – Avila, 50-pen. Budimir, 74.

Xetafe – Vilyarreal 1:2
Qol: E.Ünal, 63 – Moreno, 7. Triqeros, 16.

17 aprel

Qranada – Levante 1:4
Qol: Kollado, 90+2 – D.Qomes, 17. Morales, 56-pen. Malsa, 77. Soldado, 90+5.

Atletiko – Espanyol 2:1
Qol: Karrasko, 52; 90+10-pen – De Tomas, 74.

Atletik – Selta 0:2
Qol: Aspas, 11. Beltran, 37.

Sevilya – Real 2:3
Qol: Rakitiç, 21. Lamela, 25 – Rodriqo, 50. N.Fernandes, 83. Benzema, 90+2.

18 aprel

23:00. Barselona – Kadis

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: