La Liqa: “Sevilya” səfərdə, “Qranada” evdə uduzdu

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2023/2024 mövsümünün 2-ci turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.

Yeddi qolun qeydə alındığı “Alaves” – “Sevilya” matçında meydan sahibləri qələbə qazanıblar.

“Qranada” – “Rayo Valyekano” görüşü isə qonaqların inamlı qələbəsiylə yekunlaşdı.

Beləliklə, 2 turdan sonra itkisiz irəliləyən “Real”, “Rayo Valyekano” və “Valensiya” hərəyə 6 xalla ilk üçlüyü bölüşürlər. “Jirona”, “Atletiko”, “Barselona” və “Betis” 4, “Alaves” “Vilyarreal”, “Atletik”, “Osasuna” və “Kadis”in 3 xalı var.

Hər iki oyununu heç-heçə ilə bitirmiş “Real Sosyedad” 2 xal toplamağa nail olub. “Las Palmas”, “Malyorka”, “Selta” və “Xetafe”nin 1 xalı varsa, “Sevilya”, “Almeriya” və “Qranada” xal hesabını açmayıb.

İspaniya, La Liqa
2-ci tur
18 avqust

Malyorka – Vilyarreal 0:1
Qol: Moreno, 62.

Valensiya – Las Palmas 1:0
Qol: Pepelu, 74-pen.

19 avqust

Real Sosyedad – Selta 1:1
Qollar: Barreneçea, 22 – Minqesa, 90+4.

Almeriya – Real 1:3
Qollar: Arribas, 3 – Bellingem, 19; 60. Vinisius, 73.

Osasuna – Atletik 0:2
Qollar: İ.Uilyams, 11. Quruseta, 20.

20 avqust

Jirona – Xetafe 3:0
Qollar: Herrera, 12. Stuani, 55; 65.

Barselona – Kadis 2:0
Qollar: Pedri, 82. F.Torres, 90+4.

Betis – Atletiko 0:0

21 avqust

Alaves – Sevilya 4:3
Qollar: Rioxa, 7. Duarte, 44. K.Qarsiya, 54; 59 – Abqar, 15-öz qapısına. Lamela, 41. Mir, 90+7.

Qranada – Rayo Valyekano 0:2
Qollar: A.Qarsiya, 75. Siss, 79.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: