La Liqa: “Sevilya” “Valensiya”nı tək qolla yendi

Bu gün keçirilmiş oyunla futbol üzrə İspaniya çempionatında (La Liqa) 2026/2027-ci illər mövsümünün 5-ci turuna start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış oyununda “Sevilya” doğma meydanda “Valensiya” ilə üz-üzə gəlib. Bu görüşün taleyini bir qol həll edib. Meydan sahibləri yekunda 3 xala sevinən tərəf olublar.

Qeyd edək ki, 5-ci turun qalan oyunları sentyabrın 12-də, 13-də və 14-də keçiriləcək.

İspaniya, La Liqa
5-ci tur

11 sentyabr

Sevilya – Valensiya 1:0

12 sentyabr

16:00. Rasinq – Alaves
18:15. Osasuna – Espanyol
20:30. Atletik – Elçe
23:00. Real – Rayo Valyekano

13 sentyabr

16:00. Selta – Malaqa
18:15. Levante – Barselona
20:30. Xetafe – Deportivo
23:00. Real Sosyedad – Atletiko

14 sentyabr

23:00. Vilyarreal – Betis

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: