La Liqa: “Sevilya”dan doğma meydanda qələbəni qaçırdı

Futbol üzrə İspaniya çempionatında (La Liqa) 34-cü tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun ilk matçında “Sevilya” ilə “Kadis” üz-üzə gəlib. Komandalar bu oyundan hərəyə 1 qol və 1 xalla ayrılıblar.

Çempionluğu rəsmiləşdirmək üzrə olan “Real” bu turda “Espanyol”u qonaq edəcək.

Son turlarda enişli-yoxuşlu qrafik cızan “Barselona” isə “Kamp Nou”da “Malyorka”nı qəbul edəcək.

İspaniya La Liqası
34-cü tur

29 aprel

Sevilya – Kadis 1:1
Qol: En Nesiri, 7 – L.Peres, 66.

30 aprel

16:00. Alaves – Vilyarreal
18:15. Real – Espanyol
20:30. Valensiya – Levante
23:00. Atletik – Atletiko

1 may

16:00. Elçe – Osasuna
18:15. Qranada – Selta
20:30. Rayo Valyekano – Real Sosyedad
23:00. Barselona – Mayorka

2 may

23:00. Xetafe – Betis

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: