Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2023/2024 mövsümünün 3-cü turunun oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha iki qarşılaşma baş tutub.
“Xetafe” doğma meydanda “Alaves”i minimal hesabla məğlub edib.
Səfərdə “Rayo Valyekano” ilə qarşılaşan Madrid “Atletiko”u isə darmadağına sevinib.
Beləliklə, 3 turdan sonra maksimum nəticə göstərən yeganə komanda – Madrid “Real”ı zirvədə qərarlaşıb. “Atletiko”, “Jirona” və “Barselona” 7 xala malikdirlər. “Atletik”, “Rayo Valyekano”, “Valensiya” və “Osasuna”nın 6 xalı var. “Betis”, “Kadis” və “Xetafe” hələlik 4 xal toplayıblar. “Real Sosyedad”, “Vilyarreal”, “Alaves”, “Qranada” 3, “Las Palmas” 2, “Malyorka”, “Selta” və “Almeriya” 1 xal qazanıblar. Hər üç matçında uduzan yeganə komanda – “Sevilya” isə sonuncudur.
İspaniya, La Liqa
3-cü tur
25 avqust
Las Palmas – Real Sosyedad 0:0
Selta – Real 0:1
Qol: Bellingem, 81.
26 avqust
Kadis – Almeriya 1:1
Qollar: L.Hernandes, 59 – Kayki, 90+5.
Qranada – Malyorka 3:2
Qollar: Rubio, 12. Saraqosa, 46. Uzuni, 70-pen – Kopete, 38. Kosta, 87.
Sevilya – Jirona 1:2
Qollar: Qudel, 45+2 – Y.Herrera, 16. A.Qarsiya, 56.
27 avqust
Vilyarreal – Barselona 3:4
Qollar: Foyt, 26. Sörlot, 40. Baena, 50 – Qavi, 12. De Yonq, 15. F.Torres, 68. Levandovski, 71.
Valensiya – Osasuna 1:2
Qollar: Duro, 80 – Oros, 24-pen. Vidal, 90+5.
Atletik – Betis 4:2
Qollar: Vesqa, 30-pen; 45-pen. Quruseta, 45+7 – Villian Xose, 2. İsko, 10.
28 avqust
Xetafe – Alaves 1:0
Qol: Mayoral, 84.
Rayo Valyekano – Atletiko 0:7
Qollar: Qrizmann, 2. Depay, 16. Molina, 36. Morata, 73; 84. Korrea, 79. Lyorente, 86.


