La Liqada darmadağınlar günü: “Real” 4 qola sevindi

Futbol üzrə İspaniya La Liqasında 14-cü turun oyunları keçirilir. Arena.az xəbər verir ki, bazar günü daha dörd görüş baş tutub.

“Real Sosyedad” – “Valensiya” matçında qapılara qol vurulmayıb. “Xetafe” doğma meydanda “Kadis”i darmadağın edibsə, “Betis” də səfərdə “Elçe”yə böyük hesabla qalib gəlib.

Səfərdə “Qranada” ilə qarşılaşan “Real” da turu darmadağınla başa vurub.

İspaniya La Liqası
14-cü tur
19 noyabr

Levante – Atletik 0:0

20 noyabr

Selta – Vilyarreal 1:1
Qol: Mendes, 72 – Moreno, 27.

Sevilya – Alaves 2:2
Qol: Okampos, 38. Rakitiç, 90+2 – Laquardiya, 5. Xoselu, 45+7-pen.

Atletiko – Osasuna 1:0
Qol: Felipe, 87.

Barselona – Espanyol 1:0
Qol: Depay, 48-pen.

21 noyabr

Xetafe – Kadis 4:0
Qol: Oliveyra, 7. Kuenka, 60. E.Ünal, 81. Mata, 90+4.

Qranada – Real 1:4
Qol: Suares, 34 – Asensio, 19. Naço, 25. Vinisius, 56. Mendi, 76.

Elçe – Betis 0:3
Qol: Xuanmi, 12. V.Xose, 24. N.Fekir, 27.

Real Sosyedad – Valensiya 0:0

22 noyabr

23:00 Rayo Valyekano – Malyorka