“Barselona”nın prezidenti Joan Laporta “blauqrana”nın yeni mövsümdə doğma stadionu “Kamp Nou”ya qayıdacağını bildirib.
Arena.az “Mundo Deportivo” nəşrinə istinadən, Laportanın müvafiq açıqlamasını təqdim edir:
“Hazırda biz “Kamp Nou”da artıq növbəti mövsümdən etibarən oynamağı planlaşdırırıq. Bu, adi vəziyyət olmayacaq, belə ki, biz, inşaat hələ davam etməkdə ikən oynayacağıq. Dekabr ayında stadionun 90% hazır olacaq, 2026-cı ilin yayında isə işlər tamamilə başa çatacaq. Güman ki, stadionun tavanı ilə bağlı azacıq geçikmə olacaq.
Əgər hər şey plan üzrə getsə, onda “Vilyarreal”la oyun (2:3) bizim üçün “Olimpiya Stadionu”nda sonuncu oldu”, deyə Laporta vurğulayıb.
Xatırladaq ki “Kamp Nou”dakı bərpa-yenidənqurma işləri stadionun tutumunun 105 min nəfərə (oturacaqların sayı) qədər artırılmasını nəzərədə tutub. İnşaat işləri 2023-cü ilin iyun ayında başlayıb. O vaxtdan bəri Kataloniya klubunun rəhbərliyi “blauqrana”nın doğma stadiona qayıdış tarixini dörd dəfə köçürüb təxirə salmalı olub.
Əlavə edək ki, “Barselona” 2024/2025-ci illər mövsümünün İspaniya Super Kubokunu, İspaniya Kral Kubokunu və İspaniya La Liqasını qazanıb. Kataloniya klubu yalnız Çempionlar Liqasının yarımfinalında büdrəyib. İtaliya nəhəngi “İnter” “Barselona”nın finala çıxmasına imkan verməyib (səfərdə 3:3; evdə 4:3, əsas vaxt 3:3).