“Barselona”nın prezidenti Joan Laporta baş məşqçi Xavinin cari mövsümün sonunda “blauqrana”nı tərk edəcəyi qərarına münasibətini açıqlayıb:
Arena.az AS dərgisinə istinadən, Laportanın bu barədə fikirlərini diqqətinizə çatdırır:
“Xavi bizə, təzyiqlər və pis nəticələr səbəbindən mövsümün sonunda klubu tərk edəcəyini söylədi. Bu, onun “Barsa” əfsanəsi və dürüst bir insan olduğu üçün qəbul etdiyim qərardır. O, kluba münasibətdə hədsiz ləyaqət və hörmətlə davranır. Əminəm ki, Xavi və onun məşqçilər qərargahının “Barselona”ya bağlılığı sona qədər mütləq olacaq”, deyə Laporta bildirib.
Xatırladaq ki, Xavi İspaniya La Liqasının 22-ci turunda “Barselona”nın evdə “Vilyarreal”a dramatik oyunda 3:5 hesabı ilə məğlub olmasından sonra, cari mövsümün sonunda Kataloniya klubundan ayrılacağını açıqlamışdı.


