Mövsümün yekunlarına görə İngiltərə Premyer Liqasından Çempionşipə yuvarlanmış “Lester Siti”nin düşərgəsini 11 futbolçu tərk edib.
Arena.az bu barədə Lester təmsilçisinin mətbuat xidmətinə istinadən məlumat verir.
“Tülkülər”dən əsas ulduzu, klubun əfsanəsi, 38 yaşlı ingilis veteran mərkəz hücumçusu Ceymi Vardi ayrılıb. Həmçinin qapıçılar – Daniel Lönne İversen və Denni Uorde klubu tərk ediblər. Hər üç oyunçu azad agentə çevrilib.
Eləcə də gənclər komandasının 8 futbolçusu klubla yollarını ayırıb:
Oliver Yuinq, Harvi Qodsmark-Ford, Ben Qrist, Deniş Hill, Liem Makelinni, Arcan Rayxi, Cozef Uormleyton və Bred Yanq “batmış gəmi”ni tərk ediblər.
Xatırldaq ki, 2024/2025-ci illər mövsümünü yekunlarına əsasən, “Lester Siti” İngiltərə Premyer Liqasında 25 xalla 18-ci yeri tutaraq, Çempionşipə uçub.


