Levandovski: “Hələ də futbolu tam öyrənməmişəm”

“Barselona”nın polşalı mərkəz hücumçusu Robert Levandovski futbolçu karyerasını başa vurmaq ehtimalı haqda danışıb.

Arena.az bu barədə jurnalist Alfredo Pedullanın saytına istinadən məlumat verir.

“Mən əvvəlki kimi, oynamaqdan və qol vurmaqdan həzz alıram, mən hələ də futbolu tam öyrənməmişəm. Hər şeyin həddi olduğunu bilirəm, amma düşünürəm ki, hələ uzun müddət çıxış edə bilərəm. Məşqçilik karyerası hələ planlarıma daxil deyil, amma bəlkə də bu hisslər üçün o qədər darıxacağam ki, bu məsələyə münasibətimi yenidən nəzərdən keçirəcəyəm”, deyə Levandovski bildirib.

Geridə qalmış 2022/2023 mövsümündə Levandovski “Barselona”nın heyətində 46 oyuna çıxıb, 33 qol vurub, 8 məhsuldar ötürmə verib. O, kataloniyalılarla İspaniya çempionluğunu və İspaniya Super Kubokunu qazanıb.

Levandovski 2008-ci ildən çıxış etdiyi Polşa yığmasında 142 oyun keçirib, 79 qol vurub. Hücumçu bu göstəricidə yığma komandanın mütləq rekordunu müəyyənləşdirib.

“Transfermarkt” internet-portalı 34 yaşlı Robert Levandovskini 30 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: