Levandovski La Liqanı maraqsız adlandırdı, hakimliyi tənqid etdi

İspaniya çempionu “Barselona”nın polyak mərkəz hücumçusu Robert Levandovski iddialı çıxışı ilə gündəmə gəlib.

Arena.az “Forbes” nəşrinə istinadən məlumat verir ki, o, İspaniya çempionatı komandalarının oyun üslubunu və La Liqanın hakimliyini tənqid edib:

“La Liqa kifayət qədər cəlbedici deyil və hücum futbolu oynamır. Hakimlər isə liqanı öldürürlər. Mən İspaniya çempionatındakı komandaların bu qədər istəksiz futbol oynamasını gözləmirdim”, deyə Levandovski pərişanlığını ifadə edib.

Geridə qalmış 2022/2023 mövsümündə Robert Levandovski “Barselona”nın heyətində 46 oyuna çıxıb, 33 qol vurub, 8 məhsuldar ötürmə verib. Yenicə başlamış cari mövsümdə isə polyak hücumçu 3 oyunda 1 qol və eyni sayda məhsuldar ötürmə ilə fərqlənib.

Levandovskinin “Barselona” ilə müqaviləsi 2026-cı il iyun ayının sonuna qədər qüvvədədir.

“Transfermarkt” internet-portalı 35 yaşlı Robert Levandovskini 30 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: