İspaniyanın “Levante” komandasının yeni baş məşqçisi məlum olub. Arena.az xəbər verir ki, La Liqa təmsilçisini bundan sonra Xavyer Pereyra çalışdıracaq.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 55 yaşlı mütəxəssislə 1+2 illik müqavilə imzalanıb.
Xavyer Pereyra “Levante”də baş məşqçi postundan istefaya göndərilən Pako Lopesi əvəzləyib. O, komandanın cari mövsümdəki uğursuz nəticələrinə görə postundan kənarlaşdırılıb.
Bu mövsüm La Liqada keçirdiyi 8 oyunda qələbə qazana bilməyən və cəmi 4 xalı olan “Levante” 20 kollektiv arasında da 18-ci pillədə qərarlaşıb.


