“Leypsiq” Peter Qulaçi ilə müqavilə yenilədi

Almaniyanın “Leypsiq” klubu qapıçısı Peter Qulaçi ilə müqavilənin müddətini artırıb.

Arena.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

30 yaşlı qolkiperlə müddəti 2025-ci ilin yayına qədər olan yeni sözləşmə imzalanıb.

Peter Qulaçi 2015-ci ildən “Leypsiq”də çıxış edir. Macarıstan yığmasının da formasını geyinən təcrübəli qolkiper, daha öncə “Zalsburq”, “Hall Siti”, “Tranmere Rovers”, “Hereford Yunayted” kimi komandalarda da forma geyinib.