İngiltərənin “Lids” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, Premyer Liqa təmsilçisi İsveçrənin “Sürix” klubundan Vilfrid Qnontonu transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. İtaliyadan olan 18 yaşlı forvardla 5 illik müqavilə imzalanıb. İngiltərə klubu bu keçidə görə “Sürix”ə 4.5 milyon avro ödəyib.
Vilfrid Qnonto Milan “İnter”inin yetirməsidir. O, “Sürix”ə 2020-ci ildə transfer olunub. Bu komandada 74 matçda çıxan hücumçu, 12 qol vurub. Qnonto İyaliyanın əsas milli komandasında da 4 oyuna çıxıb, 1 qola imza atıb.
“Lids” öz oyunçularından İan Povedanı (22 yaş, hücumçu) “Blekpul”a, Mateuş Boquşu isə (21 yaş, hücumameyilli yarımmüdafiəçi) “İbiza”ya icarəyə verib.