Lionel Messi “Barselona”da daha bir rekorda imza atdı

“Barselona”nın hücumçusu Lionel Messi klubun tarixinə düşüb.

Arena.az xəbər verir ki, o, Kataloniya təmsilçisində ən çox oyun keçirən futbolçuya çevrilib.

Argentinalı futbolçu buna La Liqanın 28-ci turunun “Real Sosyedad”la matçında (6:1) iştirak etməklə nail olub. Belə ki, Messi “Barselona”dakı oyun sayını 768-ə çatdırıb və bu göstəricidə mütləq rekordçu olub.

Bundan əvvəlki rekord sabiq yarımmüdafiəçi Xaviyə məxsus idi. İspan futbolçu vaxtilə “Barselona”nın heyətində 767 oyuna çıxmışdı.

Messi İspaniya çempionatında da 511-ci matçına çıxıb. Argentinalı futbolçu bununla həm də “Real”ın sabiq qapıçısı İker Kasilyasın rekordunu yeniləyib. Veteran qolkiper La Liqada 510 görüş keçirmişdi.

Lionel Messi bu göstərici ilə 7-ci sıraya yüksəlib. İlk pillədə “Barselona”nın keçmiş qapıçısı Andoni Subisarreta qərarlaşıb.

Qeyd edək ki, “Barselona”nın “Real Sosyedad”ı 6:1 hesabı ilə darmadağın etdiyi matçda Messi 2 qol vurub.