Argentina yığmasının və “İnter Mayami”nin ulduz hücumçusu Lionel Messi ispan tennisçi Rafael Nadala qiymətli hədiyyə edib.
Arena.az xəbər verir ki, Messi 2022-ci ildə Qətərdə keçirilmiş dünya çempionatının final oyununu keçirdiyi köynəyini məşhur ispan tennisçi, “Böyük dəbilqə” yarışları silsiləsinin 22 qat qalibi Rafael Nadala hədiyyə edib.
Bu barədə Nadal Akademiyasının rəsmi “X” sosial şəbəkə hesabı məlumat yayıb. Xəbərdə bildirilir ki, Messinin köynəyi artıq Nadal Akademiyasının muzeyində nümayiş etdirilir.
Lionel Messi köynəyin üzərinə “Rafaya sevgi və heyranlıqla” sözlərini yazıb.
Xatırladaq ki, 2022-ci il futbol üzrə dünya çempionatının finalında Argentina yığması Fransa yığması üzəeində oyunsonrası penaltilər silsiləsində qələbə qazanmışdı. Qarşılaşmanın əsas və əlavə vaxtı 3:3 hesabıyla başa çatmışdı. Penaltilərlər seriyasında isə 4:2 hesabı qeydə alınmışdı.



