Liqa 1: “Brest” xal itirdi, “Nitsa” qalib gəldi

Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2023/2024 mövsümünün 33-cü turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

“Brest” – “Reyms” matçında komandalar hərəyə 1 qol və 1 xalla kifayətləniblər. “Nitsa” isə “Havr”la ev oyununda tək qolla 3 xal qazanıb.

Turun qalan qarşılaşmaları bazar gününə təsadüf edəcək.

Fransa, Liqa 1
33-cü tur
10 may

Brest – Reyms 1:1
Qollar: Brassye, 45+1 – Munetsi, 25.

Nitsa – Havr 1:0
Qol: Boqa, 12.

12 may

23:00. Klermon – Olimpik (Lion)
23:00. Olimpik (Marsel) – Loryan
23:00. Monpelye – Monako
23:00. Nant – Lill
23:00. PSJ – Tuluza
23:00. Renn – Lans
23:00. Strasburq – Mets

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: