Liqa 1-də 2023/2024 mövsümünə yekun vuruldu

Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2023/2024 mövsümünün sonuncu – 34-cü turunun oyunları keçirilib.

Arena.az xəbər verir ki, son turun bütün qarşılaşmaları eyni günə və saata təsadüf edib.

Çempionluğu daha öncə təmin etmiş PSJ səfərdə “Mets”lə qarşılaşıb və inamlı qələbəyə sevinib.

İkinci pillədəki “Monako” mövsümə “Nant” üzərindəki darmadağınla yekun vurub. Üçüncü yerdə gedən “Brest” isə “Tuluza” ilə səfər oyunundan 3 cavabsız qolla qalib ayrılıb. “Loryan” da “Klermon”la matçda 3 xalı darmadağınla əldə edib.

Dörd qolun qeydə alındığı “Lans” – “Monpelye” və “Lill” – “Nitsa” matçlarında qalib müəyyənləşməyib. “Reyms” “Renn”i, Lion “Olimpik”i “Strasburq”u xalsız yola salıb. “Havr”ın qonağı olan Marsel “Olimpik”i də qələbə ilə başa vurub.

Beləliklə, PSJ mövsümü 76 xalla zirvədə başa vurub. 2-ci yeri tutan “Monako” (67 xal) və 3-cü olan “Brest” (61 xal) də Fransanı gələn mövsüm UEFA Çempionlar Liqasında təmsil edəcəklər. 59 xalla 4-cü olan “Lill” isə qitənin ən nüfuzli klub turnirində təsnifat mərhələsindən mübarizəyə qoşulacaq.

“Nitsa” (55 xal) və Lion “Olimpik”i (53 xal) Avropa Liqasına, “Lans” (51 xal) isə Konfrans Liqasına vəsiqə qazanıb.

29 xalla müvafiq olaraq 16-cı və 17-ci pillələri bölüşən “Mets” və “Loryan” elitanı tərk ediblər. 25 xalla sonuncu olan “Klermon” da gələn mövsüm Liqa 2-də mübarizə aparacaq.

Fransa, Liqa 1
34-cü tur
19 may

Havr – Olimpik (Marsel) 1:2
Qollar: Bayo, 90+6-pen – Obameyanq, 64. Murilyo, 77.

Lans – Monpelye 2:2
Qollar: Vahi, 4. Maçado, 45+2 – Maamma, 58. Minkarelli, 74.

Lill – Nitsa 2:2
Qollar: Haraldson, 55. B.Andre, 73 – Laborde, 10. Lotomba, 90+2.

Loryan – Klermon 5:0
Qollar: Abergel, 38. Bamba, 42. Buanani, 54. Dienq, 63; 90.

Olimpik (Lion) – Strasburq 2:1
Qollar: Lakasette, 39; 90+5-pen – Diarra, 63.

Mets – PSJ 0:2
Qollar: Soler, 7. Kanq-in Li, 12.

Monako – Nant 4:0
Qollar: Ben Yedder, 6. Kehrer, 10. Kamara, 24-pen. Ben Seqir, 61.

Reyms – Renn 2:1
Qollar: Abdelhamid, 48-pen. Akieme, 80 – Ryeder, 90+4.

Tuluza – Brest 0:3
Qollar: Kamara, 48. Amavi, 54. Lala, 90.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: